Azərbaycanın qarüstü polo komandası “Azerbaijan - Land of Fire" İsveçrənin Sankt Moritz şəhərində keçirilən Dünya Kubokunda 2-ci yeri tutub.
Presssport.az xəbər verir ki, bu barədə Atçılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Azərbaycan təmsilçisi 6 komandanın iştirak etdiyi turnirin finalında İsveçrə təmsilçisi "The Kusnacht Practice"lə üz-üzə gəlib və 4,5:5 hesabı ilə məğlub olub.
Millinin heyətində kapitan Elçin Camallı, Adrian Laplakette, Raul Laplakette, Tərlan Qurbanəliyev və Əli Rzayev yer alıb.
Onu da bildirək ki, Dünya Kuboku bitdikdən sonra Azərbaycan komandasının üzvləri müxtəlif xatirə hədiyyələri ilə təltif olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC