Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, son yarış günündə kişilər arasında qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

Səid Mahmudov (55 kq) toplamda 171 kq, Amin Osmanov (61 kq) 231 kq, Tehran Məmmədov (67 kq) 277 kq, İsa Rüstəmov (73 kq) 328 kq, Elxan Əliquluzadə (81 kq) 325 kq, Nurlan Rəsulov (89 kq) 330 kq, Nurlan Məmmədzadə (96 kq) 290 kq, Məmməd Əhmədzadə (102 kq) 282 kq, Azər Məmmədli (+109 kq) 330 kq nəticə göstərərək çempion adını qazanıb.

Ölkə miqyaslı yarışın ən yaxşı kişi idmançısı İsa Rüstəmov seçilib. Ən yaxşı qadın idmançı adına isə Rahilə Hüseynova layiq görülüb.

Turnirin yekunlarına əsasən ən yaxşı kişi və qadın komandaları da bəlli olub. Kişilərdə Qazax birinci, Lənkəran 2-ci, Abşeron 3-cü olub. Qadınlardan isə müvafiq yerləri Qazax, Lənkəran və İsmayıllı kollektivləri tutub.

Xatırladaq ki, Azərbaycan çempionatında ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC