Qılıncoynadanımız Estoniyada beynəlxalq turnirdə bürünc medal qazanıb

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Baltic Cup" turnirində bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, 20 yaşadək idmançıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadan bu mərhələdə latviyalı həmkarı Alekseys Malinovskisi 15:12 hesabı ilə məğlub edib.

Onun 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. Fətullayev bu dəfə Nikita Aniskodan üstün olub - 15:6.

Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15:14 hesabı ilə yenib. Bürünc medalı təmin edən Vahab finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma uduzub - 13:14.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC