İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında xoşagəlməz hadisələr yaşanıb.
Presssport.az xəbər verir ki, bu haqda İran mətbuatı məlumat yayıb.
Belə ki, förüş zamanı tribunalarda azarkeşlər arasında dava olub. Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan 3-ü qadın olduğu bildirilir.
Daşla yaralandığı iddia edilən 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.
Onu da bildirək ki, "Persepolis" - "Traktor" oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Onların baş məşqçisi yenicə bu posta təyin olunan türkiyəli mütəxəssis İsmail Kartaldı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC