"Braqa"nın kapitanının "Qarabağ"a qarşı oynaması sual altına düşüb

"Braqa”nın kapitanğ Rikardo Orta Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la bugünkü oyunu buraxa bilər.

Presssport.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayaraq, 29 yaşlı hücumçu ötən gün komandanın məşqində iştirak etmədiyini yazıb. Bildirilir ki, Rikardo fiziki problemlərinə görə idman zalında məşq edib və komanda ilə ümumi məşqi buraxıb. Buna görə də "Braqa"nın kapitanının "Qarabağ"la ilk matçda meydana çıxıb-çıxmayacağı sual altındadı. 

Xatırladaq ki, "Braqa" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC