"Sabah" növbəti yeni legioner transferini açıqlamağa hazırlaşır.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisi yarımmüdafiəçi Umarəli Rəhmonəliyevin mövsümün sonuna qədər icarəsi ilə bağlı “Rubin”lə razılığa gəlib.
“Sabah” özbək futbolçunun 200 min avroya birdəfəlik alınması üçün danışıqlar aparsa da, Rusiya klubu bunu qəbul etməyib. Eyni zamanda “Sabah” 21 yaşlı yarımmüdafiəçini icarə müddəti bitdikdən sonra 350 min avroya almaq hüququnu özündə saxlayır.
Futbolçu artıq Bakıdadı və tibbi müayinədən keçir.
Rəhmonəliyevin kazanlılarla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, Özbəkistanın U-23 millisinin kapitanıdı və "Transfermarkt" portalında dəyəri 500 min avrodu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC