Avropa Liqasının pley-off mərhələsinin “Braqa”ya rəqib olan “Qarabağ”ın portuqallara qarşı 3-cü oyunu olacaq.
Presssport.az xəbər verir ki, Ağdam klubu buna qədər avrokuboklarda iki dəfə həmin ölkə təmsilçisi ilə üz-üzə gəlib. Belə ki, "Qarabağ" 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə səfərdə 0:2, Bakıda isə 1:6 hesabıyla məğlub olub.
Portuqalllara yeganə qolun müəllifi olan Abdullah Zubir indi də “köhlən atlar”ın sırasındadı. Özü də 33 yaşlı fransalı sol cinah yarımmüdafiəçisi yenə portuqalları məyus edərsə, qol sayında "Qarabağ"ın braziliyalı sabiq hücumçusu Reynaldo Silvanı (hər 2-də 10 qoldu) keçərək, Azərbaycan klubunun heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimi yeni rekordçu olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC