Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyevin müalicə üsulu dəyişdirilə bilər.
Presssport.az xəbər verir ki, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O bildirib ki, bununla bağlı qərar analizlər aparıldıqdan sonra veriləcək: “Hazırda hər ikisində əsas yük fizioterapiyaya verilib. Proseslərə uyğun analizlər aparıldıqdan sonra hansı addımlar atılacağına qərar veriləcək. İndiki proses davam etdirilə və ya müalicə üsulu dəyişdirilə bilər”.
S.Abdullayev əlavə edib ki, PFL rəsmilərinin vəziyyətləri yaxşıya doğru gedir: “Aslan Şahgəldiyev gündə iki dəfə olmaqla fizioterapiya keçir. Bərpa prosesini davam etdirir. Elxan Səmədovda da oxşar vəziyyətdir”.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar (report.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC