AFFA-ya yeni baş katib təyin olunub

AFFA-da yüksək vəzifəyə təyinat həyata keçirilib.

Presssport.az xəbər verir ki, qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub. 

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayır.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb. 

O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib. 

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb..

Onu da bildirək ki, bugünədək AFFA-nın baş katibi vəzifəsini qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev icra edirdi. O, icraçı vitse-prezident kimi fəaliyyətini davam etdirəcək (offsideplus.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC