UEFA penalti zərbələri ilə bağlı IFAB-a müraciət edəcək

UEFA Madrid təmsilçiləri -"Atletiko" və “Real” arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra penalti zərbələrinin yerinə yetirilməsi qaydasına yenidən baxılması üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edəcək.

Presssport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Belə ki, ötən gün "Kral klubu" penaltilər seriyasında rəqibini 4:2 hesabı ilə məğlub edib. "Atletiko"nun futbolçusu Xulian Alvaresin penaltidən vurduğu qol topa 2 dəfə toxunması səbəbindən qeydə alınmayıb. Klub rəhbərliyi məsələ ilə bağlı UEFA-ya müraciət edib.

Videotəkrarda 25 yaşlı hücumçunun zərbə zamanı cüzi də olsa, topa iki dəfə toxunduğu əks olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC