“Kəpəz”in veteran futbolçusu Firuz Qulami Gəncə şəhər icra başçısı Niyazi Bayramovla görüşüb.
Bu haqda Presssport.az-a danışan Qulami Gəncənin mərhum uşaq məşqçisi Konstantin Abramenkonun - “Kostya dayı”nın meydançasında uçan paltardəyişmə otağının tikilməsiylə bağlı şəhər rəhbərinə müraciət etdiyini diqqətimizə çatdırıb: “Görüş 26 saylı orta məktəbdə təşkil olunmuşdu. Niyazi müəllim orda şəhər sakinləriylə görüşürdü. Hərə öz problemini deyirdi. Müraciət etmişdim ki, mən də görüşmək istəyirəm. Müraciətimə müsbət cavab verdilər, məni də qəbul etdilər. Sağ olsun Niyazi müəllim, məni də tanıyır. Görüşdə çıxış etdim, paytardəyişmə otağının qar yağandan sonra uçması haqda danışdım. Dedim ki, 2 ildir pis vəziyyətdədi, tikilmir, uşaqlarımız əziyyət çəkir. İcra başçısı da bəzi nümayəndələrlə bu haqda söhbət elədi. Yekunda qərara gəlindi ki, oranı tikəcəklər. Buna görə Niyazi müəllimə minnətdaram. Onunla birgə görüşdə müavini Səməd Tomuyev və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov iştirak edirdi. Bayramov fikirlərimə qulaq asandan sonra müavininə dedi ki, bu məsələ həll olunmalıdı. Allahın köməyilə yəqin, kiməsə tapşıracaqlar və paltardəyişmə otağı tikiləcək. Sözün açığı, cənab başçıya 2 ildir ”Kəpəz"ə dövlət tərəfindən uşaq futboluna ayrılan puldan uşalqarın idman geyimləri alınmaması haqda da fikirlərimi çatdırdım".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC