Azərbaycanın daha bir qadın güləşçisi - Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan idmançımız həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.
Daha əvvəl Mariya Stadnik (50 kq) 10-cu titulunu qazanmışdı.
Bu gün mübarizəyə qoşulan Jalə Əliyeva (57 kq) 1/4 finalda, Birgül Soltanova 1/8 finalda, Elis Manolova (65 kq) isə yarımfinala məğlub olub. Manolova sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) 1-ci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) 2-ci, Beka Kandelaki (130 kq) isə 3-cü yeri tutub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC