“Bizim üçün çox ağır məğlubiyyətdi. Komanda olaraq bir araya gəlməliyik. Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik”.
Presssport.az xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssis vurğulayıb ki, bu, istədikləri nəticə deyil: "Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür".
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışaraq, onları başa düşdüklərini söyləyib: "Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalı və iş görməliyik. Fanatlarımızın yanımızda olmasını istəyirik".
Xatırladaq ki, komandaların cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC