“Fərqli oyun göstərmək istəyirdik. Yaxşı nəticə əldə etməli idik, amma alınmadı. Nə qələbəyə layiq idik, nə də heç-heçəyə".
Presssport.az xəbər verir ki, bu sözləri "Braqa"nın məşhur futbolçusu Joao Moutinyo UEFA Avropa Liqasının pley-off mərhələsində öz meydanlarında "Qarabağ"a uduzduqları oyundan (2:4) sonra Portuqaliya mətbuatına açıqlamasında deyib.
Portuqaliya millisinin 38 yaşlı sabiq yarımmüdafiəçisi deyib ki, bu nəticəylə işlərini çox çətinləşdiriblər: "Cavab matçında gücümüzü 100 faiz ortaya qoymalıyıq. Bu, təkcə keyfiyyətlə yox, həm də iradə və ruhla bağlıdır. 2:4 hesabl məğlubiyyət vəziyyəti çox çətinləşdirəcək. Amma məqsəd varsa, ümid də var. Bunun öhdəsindən gəlmək üçün mən də daxil olmaqla cavab matçına fərqli münasibət göstərməliyik”.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC