"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində ilk oyunda "Braqa"nı məğlub etdi - 4:2.
Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş direktoru Əmrah Çəlikəl tarixi qələbə ilə bağlı təəssüratlarını bölüşdü: "Çox sevincliyik, gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu. Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan hazırlıqlara başlamalıyıq".
Klub rəsmisi cavab oyunundan da qələbə gözlədiyini söylədi: "Cavab görüşü daha çətin olcaq. Artıq komandalar bir-birini tanıyır. Qurban müəllim indi daha məlumatlıdır. Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm, bunu arzulayır, istəyirik. Hamı kimi əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, "Qarabağ" ilə "Braqa" arasındakı cavab matçı evralın 22-də Bakıda olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC