Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Presssport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Portuqaliyada “Braqa”ya qalib gəldiyi gündə Türkiyə çempionu “Qalatasaray” da evdə Çexiyanın “Sparta” klubunu uzatma dəqiqələrində ulduz hücumçusu Mauro İkardinin vurduğu qolla məğlub edib.
Bu mərhələnin cavab oyunları fevralın 22-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
15 fevral
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya) - 1:1
Qollar: Payşao, 45+1 – Lukaku, 67.
“Qalatasaray” (Türkiyə) – “Sparta” (Çexiya) 3:2
Qollar: K.Demirbay, 19. Kreyçi, 60-öz qapısına. İkardi, 90+1 – Presyado, 47. Kuxta, 47.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Olimpik” (Marsel, Fransa) - 2:2
Qollar: Matvienko, 68. Equinaldo, 90+3 – Obameyanq, 64. Ndiaye, 90.
“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya) - 1:3
Qollar: Uqriniç, 42 – Amenda, 31-öz qapısına. Qyokeres, 41-pen. İnasio, 48.
“Milan” (İtaliya) – “Renn” (Fransa) - 3:0
Qollar: Loftus-Çik, 32; 47. Leao, 53.
“Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa) - 2:1
Qollar: Di Mariya, 68-pen; 90+8-pen – Desler, 75.
“Lans” (Fransa) – “Frayburq” (Almaniya) - 0:0
“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) - 2:4
Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. - Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC