"Qəbələ" ilk qolu buraxdı, İmişlidə vacib qələbə qazandı

Bu gün I Liqada XIV tura start verilib.

Presssport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

"İmişi" öz meydanında "Qəbələ"ni qəbul edib. Turun mərkəzi görüşü qonaqların 2:1 hesablı qalibiyyətilə yekunlaşıb. “Qırmızı-qaralar” bununla da cari çempionatda ilk qolunu buraxsa ad vacib qələbə qazanıb. Belə ki, hazırda turnir cədvəlində "Qəbələ" 36 xalla lider, "İmişli" isə 24 xalla 3-cüdü.

Liderin ən yaxın izləyicisi "Karvan" evdə MOİK üzərində inamlı ələbə qazanıb - 3:1.

Bu oyunda bütün qolların görüşün ilk 29 dəqiqəsi ərzində vurulması diqqət çəkib. Maraqlıdı ki, "Karvan" xallarının sayını məhz 29-a çatdırıb. 

Günün daha bir matçında isə "Cəbrayıl" son pilllənin shaibi "Mingəçevir"lə qolsuz heç-heçə edib.

13 fevral 

14:00. “İmişli” – “Qəbələ”  - 1:2

Qollar: D.Rollo, 72 - Ş.Şahniyarov, 58, D.Massumo, 82

Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli

Heydər Əliyev adına İmişli şəhər stadionu

14:00. “Mingəçevir” – “Cəbrayıl” - 0:0

Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev

Zaqatala OİK stadionu

14:00. “Karvan” – MOİK - 3:1

Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29

Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov

Yevlax şəhər stadionu

14 fevral 

14:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan”

14:00. “Zaqatala” – “Difai”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC