“Qarabağ”ın futbolçusu Abdullah Zubir yeni rekordçu olub.
Presssport.az xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçi Azərbaycan klublarının avrokuboklardakı yeni bombardiri kimi tarixə düşüb.
Zubir bunu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”ya Portuqaliyada 4:2 hesabıyla qalib gəıdikləri görüşdə reallaşdırıb. Həmin matçın 2-ci hissəsində 2 qol vuran legioner rekordunu rəsmiləşdirib.
Abdullah qitəmiqyaslı klub turnirlərindəki qol sayını 13-ə çatdırıb (81 matç). Azərbaycanda yalnız bir klubda çıxış edərək bütün qollarını “Qarabağ”da vuran Zubir “köhlən atlar”ın braziliyalı sabiq hücumçusu Reynaldo Silvanı arxada qoyub. Belə ki, Reynaldonun aktivində 11 qol var. “Sambaçı”yla uzun müddət şərikli lider olmuş fransalı dubluyla onu keçməyi bacarıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC