AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

AMADA-nın mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, tədbir fevralın 21-23-ü aralığında təşkil olunacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə Yay Olimpiya Oyunları ərəfəsində baş tutacaq konfransda Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər və əməkdaşları, nüfuzlu ali təhsil ocaqlarının professorları və yerli idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Açılış mərasimi fevralın 21-də ASAPES-in akt zalında baş tutacaq. Müxtəlif sessiyalar üzrə davam edəcək konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılacaq. Konfrasda idmançıların köməkçi heyətinin iştirakı nəzərdə tutulub.

Fevralın 23-də konfrans işini Qubada davam etdirəcək. Beynəlxalq səviyyəli idmançıların iştirak edəcəyi tədbirin sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.

Həmçinin fevralın 22-də Qubada qonaqlar üçün mədəni proqram təşkil olunacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC