Taekvondo millimiz beynəlxalq turniri 3 medalla başa vurub

Azərbaycan taekvondo millisi İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” beynəlxalq turnirini 3 medalla başa vurub.

Presssport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə daha 2 idmançı fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələniblər. Daha əvvəl Rahid Vəliyev (54 kq) də üçüncü yeri tutmuşdu.

Xatırladaq ki, taekvondo millimiz Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda iştirak edəcək. Bu gün startı veriləcək yarış fevralın 19-da yekunlaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC