Bu gün qadınların yarışına yekun vurulur, sərbəst güləşçilər mübarizəyə başlayır - Avropa çempionatında

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Presssport.az xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayacaqlar.

Belə ki, İslam Bazarqanov (57 kq) Aryan Tsiutrinlə (AIN), Kənan Heybətov (70 kq) George Bukurla (Rumıniya) üz-üzə gələcək. Hər iki idmançımız yarışa təsnifatdan başlayacaq.

Əli Rəhimzadə (65 kq), Orxan Abasov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. Abasov İman Mahdavini (UWW), M.Maqomedov isə Georgian Triponu (Rumıniya) sınağa çəkəcək. Ə.Rəhimzadənin rəqibi Səlim Naim (Bolqarıstan) - İslam Hüseynov (AIN) cütünün qalibi olacaq.

Bu gün eyni zamanda qadınların yarışına yekun vurulacaq. Birgül Soltanova (62 kq) təsəlliverici, Elis Manolova (65 kq) isə bürünc medal görüşünə çıxacaq.

Xatırladaq ki, Azərbaycan millisi bu çempionatında ümumilikdə 8 medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC