"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində ilk oyunda "Braqa"nı məğlub etdi - 4:2.
Presssport.az xəbər verir ki, görüşdə dubl edən Abdullah Zubir açıqlamasında matçla bağlı təəssüratlarını bölüşdü: "Nəticə yaxşıdır, bura qələbə üçün gəlmişdik, amma bu, hələ son deyil. Cavab oyununda daha yaxşı oynayıb, qələbə qazanmağa çalışacağıq".
Dubl etdiyi üçün xoşbəxt olduğunu bildirən Zubir cavab matçından da gözləntilərini söylədi:
"İki qol vurduğum üçün xoşbəxtəm, amma əsas komandanın nəticə qazanmasıdır. Bakıdakı oyun daha çətin olacaq. Onlar da qələbə üçün gələcəklər. İki fərqli üstünlüyümüz var, maksimum diqqətli olmalıyıq. Cavab matçında ehtiyatlı olmalıyıq. Böyük turnirdə böyük komandaya qarşı oynayacağıq. Növbəti həftəyə qədər vaxtımız var, hazırlaşacağıq".
Xatırladaq ki, "Qarabağ" ilə "Braqa" arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq (futbolpress.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC