"Azarkeşlər üçün çox maraqlı oyun oldu. Özümüz üçün də vacib idi ki, bu rəqibə qarşı sona kimi mübarizə aparaq, meydanda düzgün yerləşib, düzgün oyun sərgiləyək. Şükürlər olsun ki, hər şey tərəfimizdə oldu. Bu, futbolçulara böyük inam verdi. Futbolçularım üçün çox sevindim ki, azarkeşlərin basqısına, rəqibin sürətli oyununa davam gətirdilər. Hələ cavab oyunu var. Cavab oyununda çalışacağıq ki, daha da diqqətli olaq".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Portuqaliyada keçirdikləri (2:4) ilk görüş haqda danışarkən deyib.
O, ardından sualları cavablandırıb.
- Sizcə, nəticə oyuna görə oldu, yoxsa daha böyük hesablı nəticə qeydə alına bilərdi?
- Bu nəticəyə, hesaba aldanmaq lazım deyil. Qarşımızda "Braqa" kimi komanda var. Oyundan əvvəl də demişdim ki, bu rəqib istənilən oyunda, istənilən komandaya qalib gələcək gücdədi. Çox bacarıqlı və keyfiyyətli oyunçuları var. Qapımıza təyin edilən penalti zamanı gördünüz, "Braqa" futbolçusunun fərdi ustalığı, sürətli olması gətirib penaltiyə çıxardı. Bu nəticəyə aldanmalı deyilik. Bakıda daha məsuliyyətli və diqqətli olmalıyıq.
- Bakıdakı oyunda heyətlə bağlı dəyişiklik olacaq?
- Ola bilər ki, cüzi dəyişiklik olsun. Amma ciddi dəyişikliklər gözlənilmir.
- "Qarabağ" cavab oyununa iki top fərqi ilə üstün başlayacaq. İkinci görüşdə taktiki olaraq buna uyğun davranacaqsız, yoxsa necə?
- İlk növbədə vəzifəmiz öz oyunumuzu qoruyub-saxlamaqdır. Ondan əl çəkməyəcəyik. Amma hansısa detalları dəyişməyə gəlincə, bu oyuna baxacağıq. Tam analiz etdikdən sonra ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC