"Sabah"ın baş məşqçi postuna namizəd kimi göstərilən Aleksandr Kerjakovun adı daha bir klubla hallanmağa başlayıb.
Presssport.az xəbər verir ki, Rusiya mətbuatı indi də onun Tacikistanın “İstiklol” klubuna baş məşqçi təyin olunacağını iddia edib.
Düşənbə təmsilçisi bu iddialarla bağlı açıqlama verib. Belə ki, Tacikistan çempionunun mətbuat xidməti "Sport-Ekspess"ə açıqlamasında 40 yaşlı rusiyalı mütəxəssislə maraqlanmadıqlarını bəyan edib: “Bu məlumatı təsdiq edə bilmərik. Aleksandr Kerjakovla danışıqlar aparmırıq. Komandamız iki gün əvvəl, bir neçə futbolçumuzun mübarizə apardığı Asiya Kubokundan sonra məşqləri bərpa edib. Yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacağıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC