"Qarabağ" 1/8 finala çıxarsa, mümkün rəqibləri bəllidi - yenə "Bayer"lə duel olacaq?

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk matçında Portuqaliyada “Braqa”nı 4:2 hesabıyla məğlub etməsi növbəti mərhələ çıxmaq şansını və burdakı mümkün rəqiblərlə bağlı məsələnin aktuallığını artırıb. 

Presssport.az xəbər verir ki, həmin mərhələnin püşkatma mərasimi Bakıdakı cavab görüşünün ertəsi - fevralın 23-də tədbir keçiriləcək. İsveçrənin Nyon şəhərində baş tutacaq Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Reqlamentə görə, pley-off mərhələsini adlayan komandalar bu mərhələyə qatılmadan birbaşa 1/8-ə yüksələn qrup qalibləriylə görüşəcək. Bunlar da “Liverpul”, “Vest Hem”, “Brayton” (hamısı İngiltərə), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Praqa, Çexiya) və “Bayer”di (Almaniya). Məlumdu ki, sonuncu “Qarabağ”ı qrupda qabaqlayaraq 1-ci yeri tutub. Leverkuzen klubu Azərbaycan çempionuna evdə 5:1 səfərdə 1:0 hesabıyla qalib gəlib. 

1/8 finalda eyni ölkənin təmsilçiləri qarşılaşa bilməz. İndiki halda İngiltərənin 3 təmsilçisi qrup qalibi kimi pley-offdan gələcək rəqibini gözləyir. 

1/8 finalın ilk matçları pley-off qaliblərinin meydanında baş tutacaq. Bu isə o deməkdi ki, “Qarabağ” “Braqa” səddini aşacağı halda, növbəti mərhələdə ilk qarşılaşmasını Bakıda keçirəcək. 1/8 final görüşləri martın 7-də və 14-də keçiriləcək. 
 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC