Azərbaycan “Bakı Böyük Dəbilqə” turnirinin ilk yarış günündə ilk medalı qazanıb
Presssport.az xəbər verir kİ, kişilər arasında -60 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Balabəy Ağayev bürünc medal əldə edib.
O, həlledici görüşdə Kamoliddin Baxtiyarovu (Özbəkistan) məğlub edib.
Bu gün daha 3 cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq:
Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)
Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)
Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)
Xatırladaq ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz çıxış edərək medal şansını itirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC