"Başqa bir stadion, başqa bir mühit, başqa bir ərazi. Hamı istəyir başqa bir mühitdə oynasın. inşallah, bunun müsbət təsiri var".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
Məlumdu ki, qış fasiləsindən sonra Qəbələdə ardıcıl 4 ev matçına çıxan gəncəlilər ilk dəfə səfərə çıxıb. Bu gün “Sabah”ın qonağı olan Nizami yurdunun təmsilçisi baş məşqçisi olmayan rəqiblə qüvvəsini sınayacaq. Belə ki, rusiyalı Murad Musayevin gedişindən sonra Masazır təmsilçisində baş məşqçi əvəzi İqor Ponomaryovdu. Şükürov hazırkı “Sabah"a belə qiymət verib: ”Ponomaryov gələndən komanda daha sərbəst oynayır, daha çox qol vurur. Həm də üslub olaraq fərqli oynayırlar. Detallı olsa, oyuna bütün detalları gərək açıqlayım (gülür). Yaxşı futbolçuları var ki, Azərbaycan komandalarının bir çoxu onları öz heyətlərində görmək istərdi. Yəni, bu komandanı Ponomaryov hər cür dəyişikliklər edərək oynada bilər. Misal üçün “Qarabağ”la son matçlarda demək olar uzun ötürmələrdən daha çox istifadə edirlər".
Fakt budu ki, “Kəpəz” “Sabah”ı Premyer Liqada hələ ki məğlub edə bilməyib. Şükürov bu posta gələndən sonra rəqibinə Tovuzda həm çempionat, həm də kubok duelində yenilib. Maraqlıdı, hazırkı “Kəpəz” nəhayət, "Sabah"ı məğlub edərək ilkə imza atmaq gücündədi?: “Daha çox mübarizə aparan komanda formalaşdırmaq istəyirik. Bugünkü gündə oynayacağımız rəqibdən asılı olmayaraq, futbolçularının hər biri meydanda olduğu müddətdə maksimum dərəcədə komandaya faydalı olsun - istəyimiz budu. Fikrimiz Premyer Liqada qalmaq və inşallah, gələn mövsümün komandasını formalaşdırmağa çalışmaqdı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC