Moskva MOİK-inin sabiq qapıçılarla işləyən məşqçisi Vyaçeslav Çanov “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun son oyunlardakı çıxışını dəyərləndirib.
Presssport.az xəbər verir ki, veteran qolkiper gənc həmkarının Avropa Liqasının pley-off mərhələsinin rəmzi komandasına daxil edilməsinin xüsusi hal olduğunu deyib:
"Lunyovun "Qarabağ"a keçməsinə şadam. Bu komanda Avropa Liqasında çıxış edir. Andrey görünür və onu müqayisə etmək üçün kimsə var. Onun Avropa Liqasının simvolik komandasına salınması çox xoşdur. Düşünürəm ki, Lunyovun millinin düşərgəsinə dəvət etmək olar".
Andrey bu mövsüm 21 oyunda 22 qol buraxıb, 7 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, 73 yaşlı Çanov SSRİ dövründə “Neftçi”nin qapıçısı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC