"Kəpəz" "Sabah"a, "Turan Tovuz" Sumqayıtda qalib gələ bilmir - "Zirə" nin isə 7 illik həsrəti var

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tur start götürür.

Presssport.az xəbər verir ki, tur natamam olacaq. 

Belə ki, “Qəbələ” - “Qarabağ” görüşü fevralın 28-nə təxirə salınıb. Bu da Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla Bakıdakı matça daha yaxşı hazırlaşmasıyla bağlıdı.  Belə olan halda, tur əyalətdə olmayacaq - 3-ü paytaxtda, 1-i Sumqayıtda. 

Start Masazırda olacaq. Hələ də yeni baş məşqçisi olmayan “Sabah” bu vəzifəni icra edən idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında kuboku da nəzərə alsaq, ardıcıl 4-cü matçı çıxacaq. Özü də bu müddətdə Masazır təmsilçisi uduzmayıb. “Kəpəz” isə çempionatda hələ ki bu rəqib üzərində qələbə qazanmayıb. “Sabah” trunri cəvəlində ən yaxın izləyicisi olan “Kəpəz”ə hər matçda 2 və ya daha çox qol vurub. Bu, Adil Şükrovun dövrünə də təsadüf edib. Komandaların cari mövsümdə ölkə kubokunun 1/8 final mərhələsində də görüşdüyünü nəzərə alsaq, 4-cü duel olacaq.

Bu mövsümdən qarşılaşan “Səbail”lə “Araz-Naxçıvan”ın görüşlərində ikincilər hələ ki qələbə üzünə həsrətdi. Məhz bu amil turnir cədvəlində yerlərə təsir göstərir. Belə ki, bu komandalar eyni xala malik olaraq qonşudu və “dənizçilər" rəqibini şəxsi oyunlardakı nəticələrə görə qabaqlayır. Şahin Diniyevin komandası hələ ki rəqibinə qol vurmadan meydanı tərk etmir. 

"Sumqayıt"" yenilənən stadionu "Mehdi Hüseynzadə"də 2-ci ev oyununda "Turan Tovuz"u qəbul edəcək. Bu, həmin şəhərin tək komandasının sabiq baş məşqçisi, ona ən böyük uğurlar qazandıran Ayxan Abbasovun növbəti gəlişidi. “Sumqayıt” son 4 oyunda tovuzlulara uduzmayıb. Cari mövsümdəki hər iki qarşılaşma heç-heçə başa çatıb. Abbasovlu “Turan Tovuz” hələ ki “gənclik şəhəri”ində qələbəyə sevinməyib. 

Tura mərkəzi matçla yekun vurulacaq. Belə ki, payxat derbisində “Neftçi” "Zirə"ni qəbul edəcək. Miodraq Bojoviçin komandası son 2 turda səfərdə oynayaraq uduzub. Rəşad Sadıqovun komandası isə 9 turdu qələbə üzünə həsrət qalıb. “Zirə” ümumiyyətlə, son 11 “Neftçi” səfərində qələbə qazanmayıb. Hazırkı "Neftçi Arena"da (əvəvlki "Bakcell Arena"da) son qələbə 2017-cu ilin martın 5-də 2:1 hesabıyla qazanılıb.

“Neftçi” 6 matçdı mütləq “qartallar”a qol vurur və uduzmur. Bu komandalar hazırda turnir cədvəlində eyni xala qonşudu və “ağ-qaralar” şəxsi oyunlara görə rəqibini qabaqlayır. 

XXIII tur

17 fevral (şənbə)

“Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 16:00

Cari çempionatdakı matçlar - 2:2, 2:0

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“ASCO Arena”, 18:30

Cari çempionatdakı matçlar - 1:0, 1:1

18 fevral (bazar)

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30

Cariçempionatdakı matçlar - 0:0, 2:2

“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”, 18:00

Cari çempionatdakı matçlar - 1:1, 1:0
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC