"Sabah" Azərbaycan Premyer Liqasının 23-cü turunda öz meydanında "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- Oyun çox maraqlı və dinamik şəkildə keçdi. Matçı üç hissəyə bölmək olar. Birinci hissədə "Kəpəz" daha aktiv idi. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Amma buna baxmayaraq, oyunu bərabərləşdirdik. Əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
- Namiq Ələsgərovu oynatmamağınızın səbəbi nə idi?
- Həftəlik tsikldə məşqlərdə kimin özünü yaxşı göstərdiyinə baxırıq. Bundan sonra qərar veririk.
- Xəyal Əliyevin performansını necə dəyərləndirirsiz?
- Çox şadam ki, bu gün belə gənc futbolçuya şans verdik. Xəyal da bu şansdan istifadə edə bildi. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə necə olacağını deyə bilmərəm.
- Rəhman Daşdəmirov da artıq əsas heyət üzvünə çevrilir. Onun oyunu haqda nə deyə bilərsiniz?
- Çempionat uzundur. Bütün futbolçulara şans verilir. Kimin özünü necə göstərməsinə görə komandanı formalaşdırırıq.
- Yusif İmanov qapıda duranda daha çox qol buraxırsız. Müdafiə ilə qapıçı arasında anlaşılmazlıq var?
- Bu haqda nəsə deyə bilmərəm, qapıçı məşqçisi var. O müzakirə aparacaq. İşimiz çoxdur. Düz deyirsiniz, 4 oyuna 15 qol buraxmaq pis göstəricidir. Amma unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq.
- Digər iki gənc qapıçıya şans verməyin vaxtı gəlməyib?
- Bu suala mən cavab verə bilmərəm. Qapıçı məşqçisi var, o qərar verir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC