"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında görüş haqda fikirlərini bildirməklə başlayıb.
- Maraqlı oyun keçdi. Hərdən coşub hakimlərin üstünə qışqırırıq. Amma bir tərəfdən də onlara dəstək olmaq lazımdı.
- Mohammed Kadirini fasilədə əvəzlədiniz. Bu, nə ilə bağlı idi?
- Oyun planında mərkəzdə 2-3 dəfə gecikməsi oldu. Rəqib ondan top almaq istəyirdi. Dörd gün bundan əvvəl yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə sürəti artıraq. Onun yerinə Vandersonu buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı.
- 1 xala sevinirsiniz, yoxsa məyus olursunuz?
- Ümumi götürəndə, səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.
- Orxan Əliyevin yüksələn performansını nə ilə əlaqələndirirsiz? Kapitanlığı ona verməklə bağlı ola bilər?
- Düşündük yerlilərə daha çox təkan vermək lazımdır ki, özlərinə gəlsinlər. 3-4 gündən bir oyunlar futbolçulara fiziki cəhətdən pis təsir edirdi. Heyətimiz elə də geniş deyil ki, böyük dəyişikliklər edək.
- "Səbail"i mövsüm ərzində məğlub edə bilməmisiz. Bunu necə şərh edərdiniz?
- İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün deməzdim ciddi hakim səhvləri oldu. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. Dördüncü hakim nəsə deyir, baş hakim razılaşmır, öz bildiyini edir. "Səbail"lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC