Da Silva "Sabah"dakı baş məşqçi dəyişikliyinin müsbət təsirindən danışdı: "Bunun üçün davamlı qələbələrimiz olmalıdı"

“Sabah” rusiyalı baş məşqçisi Murad Musayevin gedişindən sonra Premyer Liqada ilk qələbəsini qazandı. Bu, hazırda gedən XXIII turun açılış matçında “Kəpəz” üzərində evdə 3:2 hesabıyla oldu. Qələbə topunun müəllifi olan komandanın braziliyalı yarımmüdafiəçisi Kristian da Silva Masazırdakı matçdan sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb. 

  • - Qarşılaşmada erkən qolu nəylə əlaqələndirərdin? Və bundan sonra necə toparlana bildiniz?
  • - Demək olar oyunun başlanğıcında, ilk dəqiqələrdə diqqətsizliyimiz üzündən qol buraxdıq. Amma sonradan toparlanmağı bacardıq. Bu, ən önəmlisi idi. Sevinirəm ki, bunda qolumla pay sahibi oldum. Bizim üçün çox vacib qalibiyyət əldə etdik. Düşünürəm ki, belə də davam eləməliyik.
  • - Son oyunlarda qapınızda xeyli top görürsünüz. Bunun səbəbini nədə görürsən?
  • - Bunu daha çox diqqətsizliklə bağlayardım. Əsasən də matçın son dəqiqələrində cərimə meydanımızın daxilində olanı. Bu gün də buna şahid olduq. Lakin fikrimcə, çalışaraq bunu aradan qaldıracağıq. İmkan verməyəcəyik ki, daha belə səhvlərimiz olsun.
  • - Mövsüm həlledici mərhələsinə qədəm qoyduğu vaxtda baş məşqçi dəyişikliyinin komandaya necə təsiri olub?
  • - Əlbəttə ki, baş məşqçimzin gedişindən sonra və yeni çalışdırıcımızın gəlişiylə komandamız daha da bütövləşib, daha da möhkəmlənib, daha da kompakt oynayır. Onun tələbləri var və çalışırıq ki, yerinə yetirək. Düşünürəm ki, inşallah, hər şey yaxşı olacaq.
  • - Baş məşqçi əvəzi olan İqor Ponomaryovun əsas tələbləri nədi? O, komandadan ilk növbədə nə istəyir?
  • - Daha çox diqqətli olmağımızı, kompakt oynamağımızı, meydançada müdafiəçilərdən tutmuş hücumçulara qədər bir-birmizə dəstək, bir komanda şəklində olmağımızı həmişə bizdən tələb edir. İnanıram ki, onun tələblərini gələcəkdə daha yaxşı şəkildə icra edə biləcəyik.
  • - Keçmiş baş məşqçiniz Murad Musayevin daha çox tələbkar olması oyununuza nə dərəcədə təsir göstərdi? Ponomaryovun futbolçulara sərbəstlik verməsi işinizi bu planda asanlaşdırır?
  • - Onu deyə bilərəm ki, hər bir məşqçinin tələbləri, istəkləri fərqlidi. Məsələn, hazırkı məşqçimizdə bu, məşqlərdə, oyunlarda tamam fərqlidi. Çalışırıq ki, onun tələblərinə, istəklərinə daha tez, qısa müddətdə uyğunlaşaq. Bundan sonra çox istərdik ki, qələbələrimiz davamlı olsun.
  • - “Sabah”a indiki məqamda bu, çatmır. Kubokda da dayanandan sonra ardıcıl qələbələr qazanıb turnir cədvəlində avrokuboklar zonasına qalxıb orda sonadək qərarlaşa biləcəksiniz? Özü də nəzərə alaq ki, 2-ci yerlə 8-ci pillə arasında xal fərqi çox azdı və avrokuboklara yalnız çempionatdan çıxmağınız lazımdı…
  • - Əlbəttə, bunlar üçün çalışırıq ki, hər oyunda qələbələrimiz davamlı şəkildə olsun. Bu qalibiyyətlərimiz sayəsində hamımız bir yerdə səy göstərməliyik ki, Konfrans Liqasına vəsiqə qazanaq. Ön önəmli məqsədlərimizdən biri budu hal-hazırda. Amma bunun üçün davamlı qələblərimiz olmalıdı. Buna nail olmaq üçün komanda şəklində əlimizdən gələni edəcəyik

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC