Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz Vətənə qayıdıb.
Presssport.az xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıb.
Qeyd edək ki, Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan millimiz medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Onu da qeyd edək ki, komandamız 10 çəkidən yalnız 5-ində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) isə bürünc medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC