Moskva “Spartak”ının rusiyalı sabiq müdafiəçisi Eduard Mor “Qarabağ”ın Avropa Liqasının ilk pley-off matçında “Braqa” üzərində səfərdə qazandıqları qələbəni (4:2) şərh edərkən ağdamlıların qapıçısı olan həmyerlisi Andrey Lunyov haqda danışıb.
Presssport.az xəbər verir ki, 46 yaşlı veteran futbolçu Ağdam klubunun əsas qolkiperinin Vətənə aayıdacağını düşünür:
"Başa düşdüyümə görə, Lunyov “Qarabağ”a məhz avrokuboklarda oynamaq üçün yollanıb. Düşünürəm ki, uğurlu oyunlardan sonra ona Rusiya klublarından təkliflər gələcək. Bununla da Andrey geri qayıdacaq, yüksəlişdə olacaq. “Qarabağ”ın “Braqa”ya 4:2 qalib gəlməsi əsl sensasiyadı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC