Türkiyə Super Liqasında 26-cı turun oyunları davam edir.
Presssport.az xəbər verir ki, Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Adana təmsilçisi hesabda 0:2 geridə olsa da, yekunda son dəqiqə avtoqolu ilə 3:3 hesablı heç-heçə edib.
Start heyətdə meydana daxil olan Şahruddin ilk qolu 20-ci dəqiqədə cərimə zərbəsindən buraxıb. İkinci qol zamanı isə (33-cü dəq.) Məhəmmədəliyev kobud səhvə yol verərək topu rəqibə ötürüb. Bundan isə rəqib futbolçu maksimum yararlanıb.
Fasilə zamanı baş məşqçi Hikmət Karaman Şahruddini Vedat Karakuşla əvəzləyib.
Onu da bildirək ki, adanalılar 32 xalla 10-cu yerdədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC