"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Presssport.az xəbər verir ki, Artur Jorjenin komandası XXII turda "Farense"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.
“Braqa” 62-ci dəqiqədə Simon Banzayla hesabı açsa da, bundan 12 dəqiqə sonra qapısında top görüb. 85-ci dəqiqədə Çer Ndur braqalılara qələbə qazandıran qolun müəllifi olub.
"Braqa" 43 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC