Azərbaycanın parataekvondo millisi İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcək.
Presssport.az xəbər verir ki, turnir fevralın 20-də başlayacaq.
Yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) mübarizə aparacaqlar.
Onların hamısı K-44 kateqoriyasında çıxış edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC