Karaman Şahruddini səhvinə görə əvəzləyib: "İki qol buraxan və ruhdan düşən dostumuz var idi"

"Adana Dəmirspor"un baş məşqçisi Hikmət Karaman Türkiyə Supr Liqasının XXVI turunda "Alanyaspor"la 3:3 hesaabıyla nəticələnən matçın fasiləsində Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin əvəzlənməsinə münasibət bildirib.

Presssport.az xəbər verir ki, təcrübəli türkiyəli mütəxəssis bu məsələ barədə mətbuat konfransında danışıb.

Karamanın fikrincə, fərdi səhvlər olanda oyunçuları, sistemi və taktikanı dəyişməyin çətindi: "Nəhayət, ikinci hissəyə qapıçı dəyişikliyi ilə başladım. Bəli, bütün məsuliyyəti öz üzərimə götürərək risk etdim. İki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə hallar ola bilər. O da bizim oyunçudu, problem yoxdu. Amma matça daxil olan Vedat Karakuş da penaltini qaytardı, qurtarışlar etdi. O, "mən də bu rəqabətdə varam" dedi".

Xatırladaq ki, "Adana Dəmirspor" fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanmış və 2-ci qolda kobud səhv edən Şahruddin ilk hissə bitən kimi əvəzlənmişdi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC