Boksçularımız Rumıniyadakı beynəlxalq turnirdə 14 medal qazanıblar

Azərbaycan millisi Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Drakula” beynəlxalq turnirini 14 medalla (6-3-5) başa vurub.

Presssport.az xəbər verir ki, bu mükafatlardan 11-ni yeniyetmə idmançılar qazanıblar.

Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi altında Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zakir Həsənzadə (48 kq), Kənan Aslanlı (63 kq), Valeh Eyvazlı (66 kq) ikinci, Əli Məmmədov (46 kq), Raul Heydərli (52 kq), Haqverdi Həsənov (57 kq) və Nurlan Abışov (60 kq) üçüncü yeri tutublar.

Qızıl medal qazanan Sübhan Babayev, həmçinin turnirin ən yaxşı boksçusu seçilib. Yığmamız komanda hesabında 1-ci yeri tutub.

Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçisi Elvin Məmişzadənin rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (48 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) bütün rəqiblərindən güclü olaraq, 1-ci pillədə qərarlaşıblar. Tağı Nəsibov (57 kq) isə bürünc medala yiyələnib.

Məhəmmədəli Qasımzadə turnirin ən yaxşı boksçusu adına layiq görülüb. Bu yaş qrupunda isə millimiz komanda hesabında 3-cü olub.

Qeyd edək ki, “Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC