Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubundakı baş məşqçisi Ərtuğrul Sağlam istefaya göndərilib.
Presssport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi məlumat yayıb.
Bildirilib ki, 54 yaşlı türkiyəli mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb. Təcrübəli çalışdırıcının istefasına səbəb komandanın son vaxtlar uğursuz nəticələr göstərməsidir.
Qeyd edək ki, “Kocaelispor” 23 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC