"Qarabağ"ın braziliyalı sabiq futbolçusu Pedro Enrikenin yeni klubunun adına aydınlıq gəlib.
Presssport.az xəbər verir ki, Braziliya “İnternasyonal”ından ayrılan 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsinin digər klubu "Korintians"da davam etdirəcək.
Braziliya A seriyası təmsilçisi Pedro ilə 2025-ci ilin sonunadək müqavilə imzalayıb.
Xatırladaq ki, Enrike karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor”da forma geyinib. O, 2017/18 mövsümündə "Qarabağ"da icarə əsasında oynayıb. Futbolçu Ağdam təmsilçisinin heyətində Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edərək Azərbaycanın burda ilk qoluna imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC