Türkiyə Super Kuboku matçının keçiriləcəyi tarix müəyyənləşib.
Presssport.a xəbər verir ki, "Qalatasaray"la "Fənərbaxça" arasında oynanılacaq görüş aprelin 3-də baş tutacaq.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Qarşılaşmanın yeri də məlumdu. Belə ki, matç Şanlıurfa şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycanda keçirilməsi variantı da olan "Qalatasaray" - "Fənərbaxça" oyunu ötən ilin dekabrın 29-da Səudiyyə Ərəbistanında baş tutmalı idi. Lakin yerli hökumət Mustafa Kamal Atatürklə bağlı şüarlara icazə vermədiyi üçün hər iki komanda meydana çıxmaqdan imtina etmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC