Lider ilk dəfə büdrədi

Həndbol üzrə Azərbaycan çempionatlarında 11-ci tur başa çatıb.

Fanat.Az xəbər verir ki, qadınların yarışında lider “Qarabağ” “İdman Akademiyası” önündə çətinlik çəkməyib.

Çempionluq uğrunda mübarizə aparan digər komandalar “Azəryol” ilə “Kür”ün duelindən isə ikincilər çətinliklə də olsa, qalib ayrılıblar.

Kişi həndbolçuların çempionatında “Bakı” “Qarabağ”dan güclü olub. Turun mərkəzi görüşündə lider “Kür” nəhayət, büdrəyib. Belə ki, Mingəçevir təmsilçisi mövsümdə ilk məğlubiyyətini doğma arenasında “Azəryol”dan alıb.

Qadınlar

“Qarabağ” – “İdman Akademiyası” 44:14

“Azəryol” – “Kür” 30:33

Xal: “Qarabağ” – 20, “Kür” - 17, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

Kişilər

“Bakı” – “Qarabağ” 31:27

“Kür” – “Azəryol” 28:34

Xal: “Kür” – 17, “Azəryol”, “Bakı” – 14, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC