"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Super Liqada yeni rekorda imza atıb.
Presssport.az xəbər verir ki, 50 yaşlı türkiyəli mütəxəssis buna Super Liqanın 26-cı turunun "Ankaragücü" üzərindəki qələbəsindən (3:0) sonra nail olub.
Belə ki, Buruk çempionatda bir komandanın "sükanı arxası"nda 50 qələbəyə ən tez çatan baş məşqçi olub. O, bir vaxt futbolçusu da olduğu komandada 62-ci matçında bunu bacarıb.
Bundan əvvəlki rekord isə Okanın elə “Qalatasaray”da çalışdırıcısı olmuş Fatih Terimə məxsus idi. 71 yaşlı “İmperator” 50 qələbə üçün 70 matç gözləməli olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC