"Qarabağ" və Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.
Presssport.az xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Belə ki, FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.
VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
Xatırladaq ki, görüş fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Azərbaycan çempionu səfərdə inamlı qələbə qazanıb - 4:2.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC