Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də, saat 21:45-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Presssport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ağayevə FİFA hakim-köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını FİFA referisi Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq.
Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC