İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin Kubokunun son günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Presssport.az xəbər verir ki, yığmanın heyətində G2 kateqoriyalı yarışda Səyyad Dadaşov fəxri kürsünün 3-cü pilləsinə qalxıb. O, 58 kq çəkidə bürünc medala yiyələnib.
Bununla da komandamız Dünya Taekvondosunun Prezidentinin kubokunu 3 medalla başa vurub. Daha öncə Taleh Süleymanov (87 kq) gümüş, Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafat qazanıb.
Analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC