Almaniya millisinin sabiq futbolçusu Andreas Breme dünyasını dəyişib.
Presssport.az xəbər verir ki, keçmiş müdafiəçi 63 yaşında vəfat edib.
O, Münhen klinikalarının birində ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Breme 1990-cı ildə Almaniya yığması ilə dünya çempionu olub. Bundestim İtaliyadakı həmin mundilada Argentina yığmasıyla finalda məhz Andreasın penaltidən vurduğu qolla qələbə (1:0) qazanıb. Mərhum futbolçu karyerası dövründə öz ölkəsində "Bavariya"nın, İtaliyada "İnter"in, İspaniyada “Saraqosa”nın formasını geyinib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC