Junior "Qəbələ"ylə qarşıdakı oyunu final sayır, Premyer Liqada qalacaqlarını hesab edir: "Problemimiz arxayınlaşmada yox..."
“Kəpəz” ardıcıl 2 turdu aktivinə xal yaza bilmir. Hərçənd, həm də "Səbail"lə ev, həm də “Sabah”la səfər matçında hesabı açan tərəf oldu. Gəncə klubununun braziliyalı yarımmüdafiəçisi Junior Martins Masazırdakı matçdan sonra Presssport.az-a müsahibəsinə bu və digər məqamlara aydınlıq gətirib.
- “Sabah”la matçda hesabı erkən qolunla açsanız da, sonda 1 xal da qazanmadınız. Məğlubiyyətin əsas səbəbini görürsən?
- - “Sabah”la oynamaq çətindi. Çünki güclü komandadı. Buna baxmayaraq, matça çox yaxşı başladıq. Sadəcə, ikinci hissədə konsentrasiyanı itirdik. Bu üzdən qapımızda toplar gördük və yekunda uduzduq. Amma bununla həyat qurtarmır. Qabaqda da oyunlarımız var. Bilirik ki, onlara yaxşı konsentrasiya olmalıyıq.
- - Oyundan əvvəl yanvarın ən gözəl qoluna görə mükafat aldın, ardından yenə rəqib qapısına yol tapdın. Amma bunlara doyunca sevinə bilmədin…
- - Əlbəttə, vurduğum qola, aldığım mükafata görə sevinirəm. Məni buna layiq görənlərə minnətdaram. Udsaydıq, sevincimi göstərə bilərdim. Komandamız qalib gələndə, çox sevinirəm, çox xoşbəxt oluram. Bu, mənim üçün əsasdı. Amma indiki vəziyyətdə uduzduğumuza görə əhval-ruhiyyə fərqli olur. Bu, futboldu, məğlubiyyət də olur, normaldı. Bunu çox fikirləşməməliyik. İnşallah, növbəti turda 3 xal “Kəpəz”in olar. İndi “Qəbələ”ylə matçda konsentrasiya olunmuşuq. Ümid edirəm ki, Qəbələdəki həmin matçda 3 xalımızı götürəcəyik. Onda qollarımıza sevinərik.
- - İki oyundu hesabı açan tərəf “Kəpəz”di, lakin sonda məğlub olur. Bu, dediyin konsentrasiyanı itirməklə bağlıdı, yoxsa ən yaxın izləyiciniz "Qəbələ"ylə xal fərqinin 5 olduğuna görə yaratdığı arxayınlıqla?
- - Düzdür, birinci qolları biz vursaq da, yekunda qalib olacağına tam əmin ola bilməzsən. Bu, futboldu, bəzən belə şeylər də olur ki, hesabı açan sonda uduzur. Deməzdim ki, arxayınlıqla bağlıdı. Ən böyük ehtimal ikinci hissələrdə konsentrasiyanı itirməklə bağlıdı. Problem konsentrasiyadı, arxayınlıqda, rahatlaşmada yox.
- - “Kəpəz”də çıxış etdiyin 1 ildə artıq 3-cü baş məşqçiylə işləyirsən. Hazırkı çalışdırıcınız Adil Şükürovun futbol fəlsəfəsini bizə necə çatdırardın? Siz futbolçulardan əsas istəyi, tələbi nədi?
- - Bundan əvvəlki baş məşqçimiz də (Azər Məmmədov nəzərdə tutulur-müəllif.) da çox yaxşı mütəxəssisdi. Amma komanda olaraq “oturuşa” bilməmişdik. İndisə baş məşqçimiz də yaxşıdı, komanda olaraq da yaxşı performans göstəririk. Meydanda bir-birimizi yaxşı anlayır, komanda şəklində yaxşı oynaya bilirik. Bütün futbolçular komanda şəklində birləşərək, "Kəpəz" üçün əlimizdən gələni etməyə çalışacağıq.
- “Qəbələ”ylə vurguladığın qarşıdakı turun matçında qalib gəlsəniz, xal fərqini 8-ə yüksəldəcəksiniz. Bu halda demək olarmı ki, “Kəpəz” böyük ölçüdə Premyer Lilmaq vəzifəsini yerinə yetirdi? Neçə faiz buna nail olduğunuzu demək olar?
- - Bəli, hal-hazırda xal fərqimiz 5-di. Bununla belə, inanırıq ki, Premyer Liqada qalacağıq. İnşallah, Qəbələdə qalib gələrək, bu oyundan sonra daha çox şansımız olar. Çətinliklərə baxmayaraq, elitada qalacağıq. Buna hammız - mən və komanda yoldaşlarım inanırıq. "Qəbələ" ilə oyun bizim üçün finaldı. Bu həlledici matça yaxşı hazırlaşıb, 3 xal qazanmaq və rəqibdən uzaqlaşmaq istəyirik.
-