Toralın "Qalatasaray"a transferi yenidən gündəmə gəldi - yenidən izləyib yekun qərar verəcəklər

“Qarabağ”ın və millimizin futbolçusu Toral Bayramovun “Qalatasaray”a transferi yenidən gündəmə gəlib.

Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin avrokuboklarda yeganə təmsilçisi ümidləri doğrultmayan sol cinah müdafiəçisi Angelinyo ilə yollarını ayırıb.

 “Cim-Bom” bu boşluğu 22 yaşlı Bayramovla doldurmaq niyyətindədi. Bu səbəbdən klubun futbol direktoru Cenk Ergün millimizin üzvünü yerində izləmək qərarına gəlib. O, bu məqsədlə bir dəfə Azərbaycanda olub və “ASCO Arena”da “Səbail” - “Qarabağ” görüşünü izləyib.

Ergün gənc futbolçumuzu bu dəfə “Braqa” ilə Avropa Liqasının fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab matçında növbəti dəfə canlı izlədikdən sonra qərarını konkretləşdirəcək.

Xatırladaq ki, Toralın “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayınadəkdi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC